image-erdogan-turkiye-haritabackend

Ərdoğan “fəlakət” adlandırdı: Səhiyyə Nazirliyi hərəkətə keçdi

Türkiyədə doğum səviyyəsinin sürətlə azalması, Prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyə üçün fəlakət” adlandırdığı mövzu kimi diqqət mərkəzində qalır. Bu vəziyyətlə mübarizə məqsədilə Səhiyyə Nazirliyi yeni proqram və təşviqedici tədbirlər həyata keçirir.

Referans Media xəbər verir ki, Səhiyyə naziri Kemal Memişoğlu, “Hər hamilə qadın üçün mamaça” proqramı ilə ilk hamiləliyini yaşayan bütün analara hamiləliyin altıncı ayından sonra fərdi mamaçanın təyin ediləcəyini açıqlayıb. Bu tətbiq çərçivəsində mamaçalar, hamiləliyin son üç ayında ana namizədlərinə həm dost, həm də məsləhətçi kimi dəstək olacaq.

Nazir, həmçinin Türkiyədə keysəriyyə əməliyyatlarının dünya statistikasının üzərində olduğunu vurğulayıb və normal doğumu təşviq edən “Normal Doğum Fəaliyyət Planı”nın aktiv olduğunu bildirib.

2025-ci ildə Türkiyədə doğuş sürəti 1,36-ya düşüb (2009-cu ildə 2,1 idi) və illik doğum sayı 937 minə geriləyib. Memişoğlu qeyd edib ki, bu, təxminən 35% azalma və demoqrafik risk deməkdir. Nazir əlavə edib ki, doğumların artırılması üçün mamaçanın aktiv iştirakı və analara fərdi dəstək kritik əhəmiyyət daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki