“Decoder” podkastında danışan “Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektə əsaslanan iqtisadiyyata keçidin əmək bazarını köklü şəkildə dəyişə biləcəyini bildirib. Onun sözlərinə görə, bu proses insanların cəmiyyətdəki rolu ilə bağlı yeni suallar yarada bilər.
Referans Media xəbər verir ki, Qeyts qarşıdakı 20 ili keçid dövrü kimi xarakterizə edib və bu müddətdə həm qazananların, həm də itirənlərin olacağını vurğulayıb.
“Ən böyük narahatlığım odur ki, bu, qaliblərin və məğlubların olacağı, çoxsaylı sarsıntıların yaşanacağı 20 illik keçid dövrüdür”, – deyə o bildirib.
Süni intellekt texnologiyalarının inkişafı iş yerlərinin xarakterini, peşələrə olan tələbatı və iqtisadi münasibətləri dəyişə bilər. Qeytsin fikirləri bu transformasiyanın yalnız texnoloji yeniliklərlə məhdudlaşmayacağını, cəmiyyətin sosial və iqtisadi quruluşuna da təsir göstərə biləcəyini gündəmə gətirir./Musavat.com/
