Ermənistanın İstintaq Komitəsi Ermənistan katolikosu II Qareginə Bütün Gürcüstanın Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər etmək icazəsi verməyib.
Referans Media xəbər verir ki,vəkil Ara Zöhrabyan bu barədə sosial mediada məlumat verib.
O, qeyd edib ki, mərasimdə iştirak etmək üçün II Qaregindən müvəqqəti icazə istəyib, lakin rədd cavabı alıb.
Bundan əvvəl, 19 martda Baş nazir Nikol Paşinyan bildirib ki, II Qareginin Gürcüstan Patriarxının dəfn mərasimində iştirakı müzakirə mövzusu deyil
Qeyd etmək lazımdır ki, II İlya xəstəxanada 93 yaşında vəfat edib. Onun ölümü ilə əlaqədar Gürcüstanda matəm günü elan edilib. O, 1977-ci ildən bəri Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik edib. Onun dövründə Tbilisidə Gürcüstanın ən böyük kilsəsi olan Müqəddəs Üçlük Katedrali inşa edilib. Patriarxın dəfn mərasimi 22 martda keçiriləcək.
