Hücum edildi, bu neft kəmərinin fəaliyyəti dayandırıldı

Sentyabrın 10-da səhər saatlarında Səudiyyə Ərəbistanında baş verən bir neçə hücumdan sonra “Şərq-Qərb” neft kəmərinin Ər-Riyad və Mədinə ərazilərindən keçən hissəsində fəaliyyət müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücumlar zamanı bir neçə nəfər xəsarət alıb və hazırda onlara tibbi yardım göstərilir.

Hadisədən dərhal sonra qəza və texniki xidmət qrupları əraziyə cəlb olunub. Briqadalar kəmərin təhlükəsizliyinin təmin edilməsi və texniki vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirib.

Nazirlik kəmərin fəaliyyətinin ehtiyat tədbiri məqsədilə dayandırıldığını və növbəti dəyişikliklərin daha sonra açıqlanacağını bildirib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki