Son bir həftə ərzində Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Yəməndə husilərin nəzarətində olan ərazilərə endirdiyi zərbələr nəticəsində 44 dinc sakin ölüb.
Referans Media xəbər verir ki, bu barədə husilərin Sənada yaratdığı Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Əl-Cauf, Əl-Hudeydə, Taiz, Səada, Səna və Həccə vilayətlərinə endirilən hava zərbələri nəticəsində ölənlər arasında 5 uşaq da var./Ajans.az/
