Keçmiş nazir axtarışa verildi - Bu ölkədə - FOTO

Rusiyanın keçmiş rabitə və kütləvi informasiya vasitələri naziri Nikolay Nikiforov axtarışa verilib.

Referans Media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış siyahısında məlumat yerləşdirilib.

Qeyd edək ki, Nikifirova mütəşəkkil cinayətkar dəstə yaratmaqda və irimiqyaslı fırıldaqçılıqda ittiham olunur.

Məlumata görə, o, BƏƏ-də yaşayır.

Nikolay Nikiforov 2012-ci ildən 2018-ci ilə qədər Rusiya Rabitə və Kütləvi İnformasiya naziri vəzifəsində çalışıb. Bundan əvvəl o, Tatarıstan Respublikasının İnformasiyalaşdırma və Rabitə naziri olub./Unikal.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki