image-ermenistan1backend

Ermənistan Fransa ilə BİRLƏŞDİ: Azərbaycana qarşı şok plan hazırlanır?

Ermənistan və Fransa may ayının əvvəlində strateji tərəfdaşlıq haqqında sənəd imzalamağa hazırlaşır.

Referans Media  xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai Televiziyanın efirində məlumat verib.

Nazir müavini bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana dövlət səfəri çərçivəsində ikitərəfli münasibətlərin inkişafına dair geniş gündəlik müzakirə olunacaq.

Kostanyanın sözlərinə görə, səfərin əsas hadisəsi məhz iki ölkə arasında strateji tərəfdaşlıq sənədinin imzalanması olacaq.

Bundan əlavə, tərəflər müxtəlif sahələrdə, xüsusilə hərbi-texniki sektor üzrə əməkdaşlığı nəzərdə tutan digər sənədləri də imzalayacaqlar.

Qeyd edək ki, mayın 3-4-də İrəvanda Avropa Siyasi Birliyinin sammiti və ilk Ermənistan-Aİ sammiti keçiriləcək.

Fransa lideri Emmanuel Makronun dövlət səfəri isə mayın 4-5-nə planlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki