image-lamine-yamalin-sakatligi-ciddi-5-hafta-yok-dn9gbackend

“Barselona” ciddi itki ilə üzləşdi: YAMAL SIRADAN ÇIXDI

İspaniya La Liqasının 32-ci turunda “Barselona” öz meydanında “Selta Viqo”nu 1:0 hesabı ilə məğlub edib və ən yaxın izləyicisi “Real Madrid”lə xal fərqini 9-a yüksəldib.

Referans Media xəbər verir ki, matçın gedişində “Barselona”nın gənc ulduzu Lamin Yamal 45+9-cu dəqiqədə zədələnərək oyunu davam etdirə bilməyib. O, meydanı tərk edərək yerini Runi Bardjiyə verib.

İlkin tibbi müayinələrdən sonra 18 yaşlı futbolçunun sol bud əzələsində yırtıq ola biləcəyi ehtimal edilir. Bu isə ciddi itki deməkdir.

İspan mətbuatı “Mundo Deportivo”nun məlumatına görə, əgər diaqnoz təsdiqlənərsə, Yamal ən azı 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun mövsümü erkən başa vurma ehtimalını gündəmə gətirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki