Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə söhbətində İranla müharibənin nəticələrinin artıq Avropaya yayıldığını və daha da pisləşə biləcəyini bildirib.
Referans Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin liderlərin söhbətindən sonra yaydığı açıqlamada bildirilib.
Ərdoğanın sözlərinə görə, regiondakı münaqişə Avropanı zəiflətməyə başlayıb və sülh yolu ilə həll olunmasa, nəticələr daha ağır olacaq.
