image-iran-1-900x506-2backend

İran hərbi gücünü qoruyub saxlayır – ABŞ kəşfiyyatı

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara baxmayaraq, rəsmi Tehranın hərbi potensialı gözləniləndən daha böyük həcmdə qorunub saxlanılıb.

Referans Media  xəbər verir ki, bu barədə “CBS News” ABŞ kəşfiyyat məlumatları ilə tanış olan rəsmilərə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, 8 aprel tarixində qüvvəyə minən atəşkəsə qədər İran ballistik raket arsenalının və buraxılış qurğularının təxminən yarısını istifadə edib. Eyni zamanda, ölkənin hərbi imkanlarının mühüm hissəsi aktiv olaraq qalmaqdadır.

Bildirilir ki, İranın dəniz qüvvələrinin bir hissəsi zərər görsə də, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) dəniz qüvvələrinin təxminən 60 faizi, o cümlədən Hörmüz boğazında istifadə olunan sürətli hücum qayıqları və kiçik gəmilər hələ də fəaliyyət qabiliyyətini saxlayır.

Kəşfiyyat məlumatlarına əsasən, İran Hərbi Hava Qüvvələri də tamamilə sıradan çıxarılmayıb. Əksinə, onların təxminən üçdə ikisinin əməliyyat imkanları qorunub.

Bu qiymətləndirmə ABŞ rəhbərliyinin bəyanatları ilə ziddiyyət təşkil edir. Belə ki, ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset daha əvvəl İranın hərbi potensialının ciddi şəkildə zəiflədiyini bildirmişdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki