Ermənistan XİN: "Tramp marşrutu" ilə bağlı Rusiya ilə problem yoxdur

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərin "Tramp marşrutu"nun ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü nəzərə alınmaqla necə həyata keçiriləcəyi ilə bağlı sualını cavablandırıb.

Diplomat bildirib ki, hazırkı mərhələdə bu xüsusda Rusiya ilə əməkdaşlıqda heç bir çətinlik yaşanmır.

Referans Media  xəbər verir ki, nazir müavini gömrük prosedurlarının Ermənistanın gömrük orqanları tərəfindən həyata keçirildiyini xatırladaraq, bu istiqamətdə hər hansı bir problemin olmadığını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki