"Qalatasaray azarkeşlərini sarsıdan xəbər: İkardi ayrılır?

"Qalatasaray"la müqaviləsi 1 iyul 2026-cı il tarixində başa çatan Mauro İkardi rəsmi olaraq azad agent statusu qazanıb. Argentinalı hücumçunun gələcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.

Referans Media xəbər verir ki, yeni müqavilə ilə bağlı tərəflər arasında razılıq əldə olunmaması nəticəsində İkardi artıq istənilən kluba sərbəst şəkildə transfer ola bilər. Bu vəziyyət "Qalatasaray" azarkeşləri arasında böyük maraq və müzakirələrə səbəb olub.

Futbolçunun meneceri Elio Pino verdiyi açıqlamada yeni müqavilə prosesi ilə bağlı dəqiq fikir bildirməkdən çəkinib. O, suallara qısa cavab verərək prosesi şərh etməyib və “gözləyib görəcəyik” ifadəsini işlədib.

"Qalatasaray" karyerası boyunca İkardi 134 rəsmi oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Bu performans onu klub tarixində ən diqqət çəkən hücumçulardan birinə çevirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki