Əziz Yıldırım planını rəsmən açıqladı: Hər şeyi bu tarixdə elan ediləcək

"Fənərbaxça" prezidentliyinə namizəd Əziz Yıldırım komandanın gələcək planları, yeni məşqçilər korpusu və transfer siyasəti ilə bağlı mühüm açıqlama verib.

Referans Media xəbər verir ki, Yıldırım son günlər mediada yer alan baş məşqçi və futbolçu transferi iddialarını təkzib edib. O, səsləndirilən adların heç birinin doğru olmadığını bildirib.

Əziz Yıldırım açıqlamasında hazırda komandası ilə birlikdə transfer istiqamətində işlərin aparıldığını qeyd edib. Lakin bütün danışıqların və mümkün razılaşmaların ictimaiyyətə daha sonra açıqlanacağını vurğulayıb.

Onun sözlərinə görə, "Fənərbaxça" nın yeni mövsüm planlaması və məşqçilər korpusu ilə bağlı qərarlar 6–7 iyun tarixlərindən sonra ictimaiyyətə təqdim olunacaq.

Bu açıqlama klubda seçim prosesi fonunda böyük maraq doğurub və azarkeşlər arasında yeni mövsümə dair gözləntiləri daha da artırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki