Portuqaliya Liqasının 23-cü turunda lider Porto, öz meydanında Rio Ave komandasını 1-0 hesabı ilə məğlub edərək zirvədəki mövqeyini möhkəmləndirib. Qalibiyyət qolunu Froholdt vurub.
Referans Media xəbər verir ki, “Estadio do Dragao” stadionunda keçirilən oyunda yeganə qol 22-ci dəqiqədə Viktor Froholdt tərəfindən vurulub. Porto qalan dəqiqələrdə üstünlüyünü qoruyaraq 3 xal qazanıb.
Portoda Deniz Gül oyuna ilk 11-də başlayıb və 75 dəqiqə meydanda qalıb. Onun 47-ci dəqiqədə vurduğu qol ofsayt səbəbi ilə etibarsız sayılıb.
Bu nəticədən sonra Porto xallarını 62-yə yüksəldib və liqadakı liderliyini qoruyub. Rio Ave isə 20 xalda qalıb.
Gələcək turda Porto öz meydanında “Arouca” ilə qarşılaşacaq, Rio Ave isə evdə “Famalicao” komandasını qəbul edəcək.























