“Fənərbaxça”da ŞOK AYRILIQ: ulduz futbolçu GEDİR

“Fənərbaxça”da mövsümün sonunda ilk kimin gedəcəyi məlum olub. Klubun braziliyalı yarımmüdafiəçisi Fredin mövsüm bitdikdən sonra komandadan ayrılması gözlənilir.

Referans Media xəbər verir ki, Atletiko Mineyro futbolçunu transfer etmək üçün ən ciddi namizəd kimi göstərilir. Transferin qış dönəmində reallaşmamasına baxmayaraq, yayda yekunlaşacağı bildirilir.

Məlumata əsasən, “Fənərbaxça” rəhbərliyi 33 yaşlı futbolçunun ayrılığına müsbət yanaşır və onun karyerasının son mərhələsində ölkəsinə qayıtmasına anlayış göstərir. Klubun bu transferdən təxminən 5 milyon avro gəlir əldə etməsi gözlənilir.

Bu mövsüm 40 matçda forma geyinən Fred 1 qol və 3 asistlə yadda qalıb. Son oyunlarda əsas heyətdə yerini itirməsi isə ayrılıq ehtimalını daha da gücləndirib.

Hazırda tərəflər arasında danışıqların mövsümün sonuna qədər yekunlaşacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki