image-livakovicbackend

Fənərbaxçaya Livakoviç transferində sürpriz XƏBƏR: Bu klublar istəyir

Fənərbaxçada gələcəyi maraqla izlənilən futbolçulardan olan Dominik Livakoviçlə bağlı transfer bazarında yeni və diqqətçəkən məlumat yayılıb.

Referans Media xəbər verir ki, 2023–2024 mövsümünün əvvəlində Xorvatiyanın “Dinamo Zaqreb” klubundan 6,65 milyon avro qarşılığında transfer edilən Dominik Livakoviç iki mövsüm ərzində Fənərbaxçanın qapısını qoruyub. Bu mövsümün əvvəlində isə xorvat qapıçı İspaniyanın La Liqa təmsilçisi “Girona”ya icarə əsasında göndərilib.

Livakoviç cari mövsümdə Fənərbaxça forması ilə cəmi iki oyunda meydana çıxıb. “Girona”da isə indiyədək rəsmi matçlarda forma şansı əldə edə bilməyib.

Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, İtaliya A Seriyası klublarından “Cenoa” Dominik Livakoviç üçün satınalma opsiyalı icarə təklifi ilə çıxış edib. Eyni zamanda futbolçunun keçmiş klubu “Dinamo Zaqreb” də Livakoviçlə razılıq əldə edib. Xorvat klubunun qapıçını ödənişsiz icarə əsasında heyətinə qaytarmaq istədiyi bildirilir.

Məlumata görə, Fənərbaxça rəhbərliyi Livakoviçlə bağlı daxil olan bütün təklifləri nəzərdən keçirir.

Qeyd edək ki, Dominik Livakoviç Fənərbaxça forması ilə ümumilikdə 74 oyunda meydana çıxıb və 26 matçda qapısını toxunulmaz saxlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki