image-ferdi-kadioglu-guardiolaya-kabusu-yasatti-herkes-onu-konusuyor-9c7obackend

Ferdi Kadıoğlu “Mançester Siti”yə imkan vermədi – VİDEO

İngiltərə Premyer Liqasının 21-ci turunda “Mançester Siti” doğma meydanda “Brayton”u qəbul edib və qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda Türkiyə millisinin futbolçu Ferdi Kadıoğlunun həlledici müdaxiləsi diqqət çəkib.

“Etihad” stadionunda keçirilən görüşdə ev sahiblərinin qolunu 41-ci dəqiqədə penaltidən Erlinq Holand, qonaqların bərabərlik qolunu isə 60-cı dəqiqədə Kaoru Mitoma vurub.

“Brayton”un formasını geyinən Ferdi Kadıoğlu qarşılaşmada 90 dəqiqə meydanda olub. Milli futbolçu 76-cı dəqiqədə Holandın baş zərbəsini qapı xəttindən çıxararaq komandasının məğlubiyyətdən xilas olmasında mühüm rol oynayıb.

Bu nəticə ilə ardıcıl üçüncü heç-heçəsini edən “Mançester Siti” xalını 43-ə yüksəldərək turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Brayton” isə 29 xalla 11-ci yerdə qalıb.

Mançester Siti – Brayton 1:1
Qollar: Haland, 41-pen – Mitoma, 60.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki