Ferdi Kadıoğlu üçün Premyer Liqada transfer bombası: “Mançester Yunayted” hərəkətə keçdi

İngiltərə Premyer Liqa təmsilçisi “Mançester Yunayted” türkiyəli milli futbolçu Ferdi Kadıoğlu ilə ciddi şəkildə maraqlanır.

"Brayton" klubunda çıxış edən və bu mövsüm göstərdiyi sabit performansla diqqətləri üzərinə çəkən futbolçu “Mövsümün oyunçusu” seçildikdən sonra İngiltərənin nəhəng klublarından birinin transfer siyahısına daxil edilib.

Referans Media xəbər verir ki, “Mançester Yunayted”ın idman direktoru Dan Aşvort Ferdi Kadıoğlunu transfer siyahısının ilk sırasına yerləşdirib və klub yaxın günlərdə rəsmi danışıqlara başlamağı planlaşdırır.

Klub rəhbərliyinin futbolçu üçün yüksək məbləğdə transfer haqqı ödəməyə hazır olduğu bildirilir. "Brayton"un isə oyunçunu buraxmaq üçün ciddi təklif gözlədiyi qeyd olunur.

Ferdi Kadıoğlu bu mövsüm "Brayton" forması ilə ümumilikdə 41 rəsmi oyunda meydana çıxıb və 1 qol vuraraq komandasına töhfə verib. Onun sabit çıxışı Premyer Liqada böyük klubların diqqətini daha da artırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki