Fransanın cənubundakı Hero departamentində başlayan və qonşu Od departamentinə yayılan meşə yanğınları nəticəsində təxminən 900 hektar ərazi yanaraq külə çevrilib.
Od Prefekturasının məlumatına görə, yanğının söndürülməsinə 800 yanğınsöndürən və 150 texnika cəlb olunub. Alov nəzarət altına alınsa da, güclü küləyin vəziyyəti çətinləşdirəcəyi gözlənilir.
Yanğın səbəbindən bəzi avtomobil yolları bağlanıb, zərərçəkənlər üçün isə müvəqqəti sığınacaqlar yaradılıb. Yerli hakimiyyət əhaliyə təhlükəli ərazilərdən uzaq durmaq və xilasedicilərin göstərişlərinə əməl etmək çağırışı edib.
Bundan başqa, Marsel şəhəri yaxınlığındakı Ronyak və Lanson-Provans bölgələrində də iki ayrı meşə yanğını baş verib. Nəticədə 315 hektara yaxın meşə sahəsi yanıb, tüstüdən zəhərlənən 10 yanğınsöndürənə tibbi yardım göstərilib. Lanson-Provansda isə təxminən 600 nəfər təhlükəsizlik məqsədilə evakuasiya olunub.
