Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecin əməkdaşları rəhbərliyin əmək müqavilələrində dəyişiklik etdiyini iddia edirlər.
Referans Media xəbər verir ki, onlar bu barədə “İctimai TV”yə danışıb.
Kollecin digər bir əməkdaşı Mətanət Abbaszadə isə qeyd edib ki, eyni ixtisaslar üzrə çalışan müəllimlər arasında dərs saatları bərabər bölüşdürülmür: “Minimum əməkhaqqı 400 AZN olmalıdır. Mən 269 manat pul alıram. Niyə eyni ixtisasdan olan bəzi müəllimlər 800-900 manat alır?! Bu məktəbdə dərs yoxdursa, hamıda eyni olsun”.
İddialarla bağlı GDU-nun nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva bildirib ki, müəllimlər gündəlik 5 gün 09:00-18:00 sistemində işləmirlər: “Aldıqları məvacib tədris etdikləri dərs saatına görə olur. Natamam iş rejminə görə belə seçim etdik. Bu onların dərs cədvəllərinə və metodik işlərinə görə təyin olunub. Lakin maaşlarına heç bir təsiri yoxdur. Bütün qərarlar qanunvericiliyin tələblərinə uyğun idarə edilir. Orada təsdiq və imtina seçimləri var, məcburi deyil”.
