Venesuelada iyunun 24-də baş verən dağıdıcı zəlzələlərdə həyatını itirənlərin xatirəsinə ölkə üzrə 7 günlük matəm elan olunub.
Müvəqqəti dövlət başçısı Delsi Rodriges bildirib ki, matəm bu gün saat 18:00-dan qüvvəyə minəcək. O, həlak olanların ailələrinə başsağlığı verərək, zərərçəkənlərə dəstəyin davam etdiriləcəyini vurğulayıb.
Yerli KİV-in məlumatına görə, indiyədək 80 mindən çox ailəyə humanitar yardım çatdırılıb. Axtarış-xilasetmə əməliyyatlarına 26 mindən çox yerli əməkdaş, xarici ölkələrdən gəlmiş 3 660 xilasedici, 148 xüsusi təlim keçmiş it və minlərlə könüllü cəlb olunub.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Son məlumata görə, təbii fəlakət nəticəsində 2 295 nəfər həyatını itirib, itkin düşənlərin sayı isə 68 mini ötüb. Axtarış-xilasetmə işləri davam etdiyindən ölənlərin sayının artacağı istisna edilmir.
