image-kesenin-agzi-acildi-galatasaray-dan-derbi-icin-19629586_6003_ampbackend

Futbolçulara 1 milyon avro! Qalatasaray derbiyə hazırdır

Süper Liqada Qalatasaray rəhbərliyi, kritik Beşiktaş derbisi öncəsi futbolçulara böyük motivasiya mesajı verdi. Klub, derbini qazanacaqları halda oyunçulara 1 milyon avro bonus ödəyəcəyini açıqladı.

Referans Media xəbər verir ki, Qalatasaray rəhbərliyi, derbini qazanacaqları halda Çempionlar Liqası oyunlarında tətbiq olunan prim sistemi kimi oyunçulara mükafat veriləcəyini bildirdi. Bu bonus təxminən 51 milyon TL-dir.

Sarı-qırmızılı komanda, son dörd mövsümdür tətbiq etdiyi oyun günü qaydasını bu derbidə pozmayacaq. Futbolçular cümə günü taktiki məşqlərini bitirdikdən sonra kampa girməyəcək və gecəni evlərində keçirəcəklər. Komanda isə şənbə günü günorta saatlarında Kemerburqazda toplanıb oradan avtobusla Dolmabahçəyə hərəkət edəcək.

Qalatasaray Prezidenti Dursun Özbek, azarkeşlərin təşkil etdiyi iftar proqramında çıxış edib: “Bu vaxta qədər sizə verdiyim vədləri yerinə yetirdim. Çempionluq üçün də söz verirəm.”

Baş məşqçi Okan Buruk isə azarkeşlərə müraciət edərək deyib: “Sözümüz söz. Heç narahat olmayın, ən yaxşısını edəcəyik.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki