İstanbulun Maçka Parkında gəzintiyə çıxan keçmiş model və aktrisa Sevda Demirel qəza keçirib və ayağını sındırıb.
Referans Media xəbər verir ki, hadisə gəzinti zamanı baş verib. Məlumata görə, Sevda Demirel anidən yıxılaraq ciddi ağrılar hiss edib və yerindən qalxa bilməyib. Onun ayağında sınıq olduğu müəyyən edilib.
Ətrafda olan vətəndaşlar dərhal köməyə gələrək ona yardım göstəriblər. Hadisə anları mobil telefon kameraları ilə qeydə alınıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb.
Videolarda Sevda Demirelin ağrı içində olduğu, ətrafdakı insanların isə onu sakitləşdirməyə çalışdığı görünür.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib, onun müalicəsinin xəstəxanada davam etdiyi bildirilir.
