image-hamann-arda-guleri-ornek-gosterdi-bu-kotu-aliskanliklari-tecrubeli-yildizlardan-ogrendi-zgddbackend

Gizli görüşmə iddiası: Arda Gülerin yeni məşqçisi GÖRÜN KİM OLUR

İspaniya mətbuatının iddiasına görə, “Real Madrid” rəhbərliyi növbəti mövsüm üçün məşqçi axtarışlarını sürətləndirib və siyahının başında tanınmış portuqaliyalı mütəxəssis Joze Mourinyo yer alır.

Referans Media xəbər verir ki, klub rəhbərliyi hazırda Benfikanı çalışdıran Joze Mourinyo ilə gizli telefon danışığı aparıb.

İddialara əsasən, “Real Madrid” rəsmiləri Portuqaliyalı məşqçiyə layihə barədə məlumat verib və onu gələcək mövsüm üçün komandaya gətirmək istədiklərini bildiriblər. Klubun onunla işləməyə müsbət yanaşdığı qeyd olunur.

Hazırda Benfika ilə çempionluq yarışında olan Mourinyonun bu təklifə necə cavab verəcəyi hələlik məlum deyil. İspan mətbuatı isə onun Madridə qayıdışa isti yanaşa biləcəyini iddia edir.

Əgər bu transfer baş tutarsa, Arda Güler üçün də yeni taktiki sistem və yeni məşqçi ilə fərqli bir inkişaf mərhələsi başlaya bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki