Orban Madyar hökumətinə qarşı "milli müqavimət"in başlandığını elan edib

Macarıstanın keçmiş baş naziri Viktor Orban Peter Madyarın rəhbərlik etdiyi hökumətin hərəkətlərinə qarşı rahatlıq dövrünün bitdiyini və müxalifətin aktiv müqavimətə başladığını bildirib.

Referans Media məlumatına görə, Macarıstan hökumətinin keçmiş rəhbəri bu barədə "facebook"dakı səhifəsində yazıb.

"Neokommunistlərə" qarşı yumşaqlıq dövrü bitdi. Biz çağırışı qəbul edirik və mübarizəyə başlayırıq!", - Orban yazıb.

Keçmiş baş nazir həmçinin bildirib ki, onun FİDES Partiyasının səbri tükənib və "milli müqavimət"ə başlamaq vaxtı gəlib.

"Biz çağırışı qəbul etməliyik, mübarizə aparmalıyıq", - o, əlavə edib.

Xatırladaq ki, 12 aprel parlament seçkilərində Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" Partiyası parlamentdəki 199 yerdən 141-ni qazanıb, o vaxtkı hakim FİDES Partiyası isə 52 yer əldə edərək məğlub olub.

Madyar rəsmi olaraq 9 mayda Macarıstanın Baş naziri vəzifəsinin icrasına başlayıb./Report/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki