Cənubi Koreyada iki nəfərin ölümü və bir nəfərin huşsuz vəziyyətdə tapılması ilə bağlı aparılan araşdırmada 20 yaşlı qadın saxlanılıb. Şübhəli, Kim Mo adlı şəxs, otel otağında kişilərin içkilərinə qatdığı maddələr səbəbindən ölümlərin baş verdiyini etiraf edib, lakin onların ölməsini gözləmədiyini bildirib.
Referans Media xəbər verir ki, şübhəlinin fotoları yayıldıqdan sonra “Instagram”da izləyici sayı 265-dən 10 minin üzərinə çıxıb. Şəkillərin altına iki mindən çox şok və dəhşət dolu şərh yazılıb. Bəzi istifadəçilər qadını gözəlliyinə görə müdafiə edib, hətta sərbəst buraxılmasını tələb ediblər:
“Çox gözəl. Mən də o içkini içərdim” “Məhkəmə görünüşünü nəzərə alıb onu buraxmalıdır” “Cəzasını yüngülləşdirin”
İstintaq zamanı şübhəlinin mesajlaşma tətbiqləri və sosial media hesabları yoxlanılıb. Məlum olub ki, hadisədən əvvəl dərman və alkoqol qarışığının təhlükələri ilə bağlı “ChatGPT”də axtarışlar edib. Bu axtarış sistemi tərəfindən “yüksək riskli” olaraq qeyd olunub.
Hadisə Cənubi Koreya və beynəlxalq medianın gündəmində geniş rezonans yaradıb, sosial şəbəkələrdə isə həm dəhşət, həm də təəccüb reaksiyaları müşahidə olunur.
