Hamı yanından keçirdi, heç kim bilmirdi: Dondurucunun içində meyit varmış

Hollandiyada iki həftədir səki üzərində qalan dondurucunun içindən meyit tapılıb.

Referans Media xəbər verir ki, Hollandiyanın Utrext şəhərində təxminən iki həftədir səki üzərində qalan dərin dondurucunun içindən 20 yaşlı gəncin meyiti aşkarlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə noyabrın 24-də şəhərin Pijlsweerd məhəlləsində baş verib. Təsadüfən yoldan keçən şəxs dondurucunun içərisində insan meyiti olduğunu görərək polisə məlumat verib. Əraziyə hüquq-mühafizə və kriminal ekspertiza əməkdaşları cəlb olunub.

Araşdırma zamanı meyitin həmin evin qarşısında dondurucunun saxlandığı ünvanda yaşayan suriyalı ailənin 20 yaşlı oğluna məxsus olduğu müəyyənləşib. Lakin gəncin ailəsi ilə birlikdə yaşamadığı bildirilib.

Utrextin meri Şeron Dayksma ilkin araşdırmaların qətl ehtimalını təsdiqləmədiyini, meyitdə kənardan görünən zorakılıq əlamətlərinin olmadığını açıqlayıb. Bununla belə, ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertizanın davam etdiyi bildirilib.

Gəncin atası isə oğlunun narkotik problemləri yaşadığını və ailə ilə münasibətlərinin gərgin olduğunu deyib. O, son görüşlərindən birində oğlunun qapını döyərək “Ata, üşüyürəm, məni içəri al” dediyini bildirib.

Hadisə ilə bağlı ailənin əvvəllər aldığı sosial dəstək və aidiyyəti qurumların fəaliyyəti də araşdırılır. Polisin istintaqı davam edir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki