ŞOK PARTLAYIŞ: Hərbçi öldü

Ermənistanda baş verən partlayış nəticəsində müqaviləli hərbi qulluqçu həlak olub.

Referans Media  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Onun sözlərinə görə, hadisə sentyabrın 24-də hələlik müəyyən edilməyən şəraitdə baş verib.

Partlayış nəticəsində D. K. rekvizitli müqaviləli hərbi qulluqçu həyatını itirib.

Nazirlikdən bildirilib ki, hərbi qulluqçunun ailəsi baş verənlər haqqında müəyyən olunmuş qaydada məlumatlandırılıb. Hadisənin dəqiq səbəblərini və təfərrüatlarını üzə çıxarmaq üçün təhqiqat aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki