“Həzi Aslanov” nə vaxt açılacaq? – Rəsmi

“Həzi Aslanov” stansiyasının dalan yolunda təmir işləri 2026-cı ilin ikinci yarısında tamamlanması planlaşdırılır.

Referans Media modern.az-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC bildirib.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalan yolu 2024-cü il noyabrın 30-dan təmirə bağlanıb.

Bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki