Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb.
Referans.az xəbər verir ki, bu barədə “X”də paylaşım edib.
“Allah rəhmət eləsin”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
