Hörmüzlə bağlı SON DƏQİQƏ: SEPAH elə bir qadağa qoydu ki...

Hörmüz boğazından təhlükəsiz keçid yalnız İran İslam Respublikası tərəfindən elan edilmiş marşrutlarla mümkündür.

Referans Media  xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, bir neçə saat əvvəl bəzi instansiyalar tərəfindən İran İslam Respublikasına heç bir məlumat verilmədən və razılaşdırılmadan Hörmüz boğazında gəmilərin hərəkəti üçün yeni marşrut elan edilib.

SEPAH bu yeni marşrutun qəbuledilməz və son dərəcə təhlükəli olduğunu bəyan edib.

"Hər kəsin nəzərinə çatdırırıq ki, Hörmüz boğazından keçid üçün icazə verilən yeganə marşrut məhz İran İslam Respublikası tərəfindən elan edilmiş marşrutlardır. Bu marşrutlardan kənarda gəmilərin hərəkəti olduqca təhlükəlidir və qadağandır. Müəyyən edilmiş xətlərdən kənarda hər hansı bir hərəkətdən qətiyyətlə çəkinməyi xəbərdar edirik", - deyə bəyanatda bildirilir.

Sonda vurğulanır ki, Hörmüz boğazından keçmək üçün SEPAH-ın Hərbi Dəniz Qüvvələri ilə razılaşma əldə olunması mütləqdir və qaydaları pozan gəmilərə qarşı müvafiq tədbirlər görüləcək./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki