Aytən Səfərova dəllallığa başladı

Aytən Səfərova aparıcı kimi deyil, daşınmaz əmlak dəllalı kimi diqqəti özünə cəlb edib.

Referans Media “Yeni Sabah”a istinadən xəbər verir ki, o, şəbəkə hesabında ev satışı ilə bağlı paylaşım edib.

Paylaşımda qeyd olunan ünvan Xətai rayonu, Ali Hərbi Məktəbin yaxınlığında yerləşən fərdi yaşayış evidir. 3 otaqlı həyət evinin satış qiyməti 180 min manatdır.

Aparıcının paylaşımına istifadəçilər də biganə qalmayıb. Şərhlərdə evin kvadratmetri, dəqiq ünvanı və qiyməti ilə maraqlananlar az olmayıb. Bəzi izləyicilər isə zarafatla Aytən Səfərovanın televiziyadan sonra maklerlik fəaliyyətindən sahəsinə də başladığını yazıblar.

Aparıcı qeyd edib ki, paylaşdığı ev özünə məxsus deyil və sadəcə satışa dəstək məqsədilə paylaşılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki