Metroda qatarların qrafiki dəyişəcək – Xəbərdarlıq

26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı də qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Metropolitendən Referans Media-ya bildirilib ki, “28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin etmək üçün növbətçilik cədvəli əsasında işçi qüvvəsi də ayrılıb.

Həmçinin qatarlar “Bakmil” stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və “Əhmədli-Həzi Aslanov” mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.

WhatsApp Image 2026 06 25 at 11.04.13


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki