“Baqramyan prospektində üç qəhrəmanımızın şəkilləri də var idi, artıq yoxdur”.
Referans Media xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının üzvü Areqa Ovsepyan qeyd edib.
O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş Qarabağ münaqişəsi iştirakçılarının izlərini silməyə davam edir.
“Artsax qəhrəmanı” Robert Abajyanın da rəsminin silinməsi təsadüfi deyil. Paşinyan rəsmi Bakıya hər şeyi – erməni qəhrəmanlarını, qələbələrimizi erməni xalqının yaddaşından siləcəyinə söz verib”, – A.Ovsepyan vurğulayıb.
Qeyd edək ki, İrəvan revanşist ideyalardan, Azərbaycana qarşı ərazi iddiasından imtina edəcəyinə dair öhdəlik götürüb. Bu baxımdan işğal dövründə Azərbaycana qarşı terror-təxribat törətmiş şəxslərin qəhrəmanlaşdırılması yolverilməzdir./Globalinfo.az
