10 yaşlı uşaq arabadan yıxılıb VƏFAT ETDİ

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Referans Media  xəbər verir ki, iyunun 23-ü saat 19 radələrində Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində fiziki məhdudiyyətli şəxslər üçün istifadə edilən arabadan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş uşaq orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki