Türkiyə Milli Futbol Komandasının təlim-məşq toplanışından yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda milli futbolçu Kerem Aktürkoğlunun komanda yoldaşı Yunus Akgünə dediyi ifadə diqqət çəkib.
Referans Media xəbər verir ki, görüntülərdə Kerem Aktürkoğlunun Yunus Akgünə “Lan gerizekalı” dediyi anlar əks olunub. Həmin görüntülər qısa müddətdə futbol azarkeşləri arasında yayılıb və müxtəlif reaksiyalara səbəb olub.
Bir qisim istifadəçi bu ifadəni futbolçular arasında zarafat və yaxın münasibətin nümunəsi kimi qiymətləndirsə də, digərləri milli komanda düşərgəsində bu cür ünsiyyət formasını tənqid edib.
Müzakirələrin artmasına baxmayaraq, hadisə ilə bağlı futbolçular və ya milli komandanın nümayəndələri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Sosial şəbəkələrdə isə görüntülərlə bağlı fikir ayrılığı davam edir.
