Husilər Səudiyyə Ərəbistanını vurdu: Türkiyə bu gün hərəkətə keçir

Yəməndəki İran dəstəkli husilər Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodu olan Ras Tanura və paytaxt Ər-Riyadın maliyyə bölgəsinə hücum etdiklərini açıqlayıblar. Hücum xəbərləri dünya bazarında neft qiymətlərinin yüksəlməsinə səbəb olub.

Referans Media xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri Ras Tanura zavoduna hücum nəticəsində yanğınların baş verdiyini bildirib. Peyk görüntülərində müəssisənin üzərindən qara tüstünün yüksəldiyi müşahidə olunub. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə bölgədə dörd pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Gündəlik 550 min barel neft emalı gücünə malik zavod ölkənin əsas ixrac mərkəzlərindən biridir. Hücum xəbərlərindən sonra “Brent” markalı neftin qiyməti 3,5 faiz artaraq 94,61 dollara çatıb. Ər-Riyadın maliyyə bölgəsinə əvvəlki hücum zamanı isə 11 nəfərin yaralandığı bildirilir.

Hücumlar Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış ortaq müdafiə sazişinin gündəmdə olduğu vaxta təsadüf edib. Sazişə əsasən, üç ölkədən birinə qarşı silahlı hücum digər ölkələrə də edilmiş hücum kimi qiymətləndirilir.

Noyabrın 26-27-də üç ölkənin nümayəndələrinin İslamabadda görüşməsi gözlənilir. Danışıqlarda ortaq müdafiə mexanizmi, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat məlumatlarının mübadiləsi və hərbi koordinasiya məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki