İlham Əliyev və Nikol Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ-2

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Referans Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. 

***

13:08

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.

Referans Media  xəbər verir ki, danışıqlar Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilir. 

***

12:45

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.

Referans Media xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Görüş Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib.

Ermənistanın Baş naziri N.Paşinyan da tədbirdə iştirak edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki