İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir – CANLIbackend

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir – CANLI

  Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Referans xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.

Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.

Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki