İmişlidə yanğın oldu – FOTOLAR

İmişli rayonunda yanğın baş verib.

Referans Media “Report”a istinadla xəbər verir ki, hadisə İmişli şəhəri Zəfər prospektində yerləşən tamet istehsalı sexində qeydə alınıb.

Belə ki, əvvəlcə sexin yaxınlığındakı kol-kos sahədə yanğın başlayıb. Yanğın qısa müddətdə güclənib və obyektə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Sexdəki yanğın söndürülüb, hazırda kol-kos sahədə olan yanğının söndürülməsi üçün tədbirlər görülür. Bunun üçün Saatlı və Beyləqandan da yanğınsöndürənlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

711567294 26899581959719122 5449696945382974731 n712025346 26899581949719123 5466348872317272629 n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki