Masazırda 8 sot ərazidə 8 ev tikilirdi: Komitə müdaxilə etdi

Masazır qəsəbəsində 8 sot ərazidə qeyri-qanuni şəkildə 8 ev tikilib. İddialara görə, 1 həftə əvvəl tikintisinə başlanılan evlər tam qanunsuzdur və tikinti qaydalarını kobud şəkildə pozur.

Referans Media xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən açıqlamada məsələnin araşdırıldığı bildirilib.

“Yoxlama zamanı tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Nəticədə aidiyyəti dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində tikinti işləri dayandırılıb”, – açıqlamada vurğulanıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki