İndoneziyada 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 53-ə çatıb

İndoneziyanın Flores bölgəsində avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə yüksəlib, 135 nəfər yaralanıb.

Referans Media xəbər verir ki, axtarış-xilasetmə işlərinə elektrik enerjisinin kəsilməsi və sürüşmələr mane olub. Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, 450 evə ziyan dəyib, təxminən 5 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Bölgədə xilasetmə və bərpa işlərinin sürətləndirilməsi üçün 14 günlük fövqəladə vəziyyət elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki