İndoneziyanın Flores bölgəsində avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 68-ə yüksəlib, 213 nəfər yaralanıb.
Referans Media xəbər verir ki, axtarış-xilasetmə işlərinə elektrik enerjisinin kəsilməsi mane olub. Bölgədə yolların böyük hissəsi yenidən istifadəyə verilib. Fövqəladə vəziyyətlə əlaqədar 14 günlük “acil durum” elan edilib.
İndoneziya Milli Fəlakət İdarəsinin məlumatına görə, əraziyə 1 500-ə yaxın təhlükəsizlik əməkdaşı və 275 ton humanitar yardım göndərilib. Ən çox zərər görən Rutengdə iki səhra xəstəxanası qurulub.
Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, 1 300-dən çox evə qismən ziyan dəyib, təxminən 5 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Bölgədə 235-dən çox afterşok qeydə alınıb.
