“İnstagram” yeni “Instants” funksiyasını istifadəyə verib.
Referans Media xəbər verir ki, yeni funksiya istifadəçilərə çəkdikləri fotoları heç bir filtr və ya redaktə etmədən paylaşma imkanı yaradır.
Paylaşılan şəkillər yalnız yaxın dostlar və qarşılıqlı izləyicilər tərəfindən 24 saat ərzində görünə bilir.
“İnstants” funksiyasının diqqət çəkən tərəflərindən biri isə fotoların yalnız bir dəfə baxış üçün əlçatan olmasıdır. İstifadəçi şəkli gördükdən sonra ona yenidən baxa bilmir.
Bundan əlavə, paylaşılan görüntülərin ekran görüntüsünü almaq da mümkün deyil. Yeni xüsusiyyətin əsas məqsədinin daha spontan və real paylaşımları təşviq etmək olduğu bildirilir.
