İran: ABŞ ilə əldə olunan razılaşmada 60 günlük müddət yoxdur

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ ilə imzalanan razılaşma mətnində İrana qarşı hər hansı “60 günlük müddət” və ya ultimatum nəzərdə tutulmayıb.

Referans Media xəbər verir ki, Bəqayinin sözlərinə görə, razılaşmada qeyd olunan 60 günlük müddət ultimatum deyil, sanksiyaların aradan qaldırılması və nüvə fəaliyyəti ilə bağlı danışıqların aparılması üçün müəyyən edilmiş zaman aralığıdır.

O bildirib ki, razılaşmanın imzalanmasından bir neçə həftə sonra ABŞ tərəfindən sənəd açıq şəkildə pozulub və bu səbəbdən danışıqlara başlanılmayıb. Danışıqlar başlamadığı üçün 60 günlük müddətin də qüvvəsi qalmayıb.

ABŞ və İran arasında razılaşma iyunun 17-də Pakistanın paytaxtı İslamabadda imzalanıb. Tərəflər arasında danışıqların yenidən başlaması ilə bağlı fikir ayrılıqları və ABŞ-ın İrana qarşı yeni iqtisadi tədbirləri gündəmdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki