Küveyt Ordusunun hava hücumundan müdafiə qüvvələri düşmən dronlarının kütləvi hücumunu dəf edir.
Referans Media xəbər verir ki, məlumat Ordunun X sosial media platformasında dərc olunmuş açıqlamasında yer alıb.
Quru Qoşunlarının Baş Qərargahı qeyd edir ki, səsli partlayışlar hava hücumundan müdafiə sistemlərinin düşmən hücumlarını dəf etməsinin nəticəsidir: "Hər kəsdən müvafiq orqanlar tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etmələrini xahiş edirik”.
Küveytlə yanaşı, Bəhreyndə də hava hücumu qeydə alınıb.
BNA xəbər agentliyinin məlumatına görə, Bəhreyn Müdafiə Qüvvələri hava hücumundan müdafiə sistemlərinin "xain İran hücumlarını" dəf etdiklərini açıqlayıb:
"Baş Komandanlıq təsdiqlədi ki, Bəhreyn Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemləri bir neçə xain İran hava hücumunu dəf edib".
Qeyd edək ki, dünən axşam saatlarında ABŞ Ordusu İranın Qeşm adasına zərbə endirmişdi. İranın buna cavab olaraq Küveyt və Bəhreynə hücum etdiyi ehtimal olunur./Musavat.com/
