Ölənlərin sayı ilə bağlı ilkin məlumat dəqiqləşdirildi – 19 nəfər həlak olub
Kemerovo vilayətində hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtəsində olan bütün şəxslər həlak olublar.
Referans Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, An-12 təyyarəsi planlı uçuş həyata keçirərkən qəzaya uğrayıb. İlkin ehtimala görə, faciəyə texniki nasazlıq səbəb olub.
Qəza nəticəsində təyyarə göyərtəsində olan 19 nəfərin hamısı həyatını itirib. Qeyd edək ki, hadisə ilə bağlı əvvəlki ilkin xəbərlərdə fərqli rəqəmlər göstərilsə də, yeni rəsmi məlumatlara əsasən qəza qurbanlarının dəqiq sayının 19 nəfər olduğu təsdiqlanıb. Faktla bağlı araşdırma aparılır./Musavat.com
