Rusiyanın Kemerovo vilayətində An-12 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 19 nəfər həlak olub.
Referans Media xəbər verir ki, qəza planlaşdırılmış uçuş zamanı baş verib. Təyyarə yaşayış olmayan əraziyə düşüb. Göyərtədə altı ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 19 nəfər olub.
Məlumata görə, qəzanın ilkin səbəbi texniki nasazlıqdır. Hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası araşdırma aparır./Ajans.az/
