Dünən səhər saatlarından başlayaraq, İranda bəzi terminallar, bank portalları və bank tətbiqləri xidmətlərində fasilələr, yavaşlamalar və nasazlıqlar yaşanır.
Referans Media xəbər verir ki, bu barədə İranın "Dideban" saytı məlumat yayıb.
“İstifadəçi hesabatlarına əsasən, 23 iyun səhər saatlarından ölkədəki bəzi bank sistemləri və xidmətləri yenidən fasilələr və yavaşlamalarla qarşılaşıb”, - məlumatda bildirilib.
Bəzi istifadəçilər bank köçürmələri edə bilmədiklərini, “Saderat”, “Sepah”, “Tecarət”, “Resalət”, “Millət”, “Tose Təavon” banklarının xidmətlərinin kəsildiyini bildiriblər.
Ölkənin bütün bölgələrində yanacaqdoldurma məntəqələrinində də kartla ödəniş dayandırılıb.
İran İnformatika Xidmətləri Şirkəti problemin kiberhücum səbəbindən yarandığını deyib.
