İsrail-İran müharibəsi rəsmi səviyyəyə keçir? – Azərbaycana necə təsir edəcək? backend

İsrail-İran müharibəsi rəsmi səviyyəyə keçir? – Azərbaycana necə təsir edəcək? 

“İsrail
ilə İran arasında hərbi toqquşma iyunun 13-də baş verən hücumdan əvvəl də baş
verib. İsraillə İran HƏMAS vasitəsilə Qəzzada, Hizbullah vasitəsilə Livanda, Bəşər
Əsəd vasitəsilə isə Suriyada toqquşublar. Eləcə də İraqda da, Yəməndə də, yəni
Yaxın Şərqdə onlar daha əvvəl üz-üzə gəliblər”.

Bu
sözləri

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Referans”-a
açıqlamasında deyib.

“Son
zamanlar isə tərəflər bir-birini hərbi ritorika ilə təhdid edirdi. İran
hakimiyyəti iddialı danışırdı, bildirirdi ki, nüvə silahı əldə etməyin bir addımlığındadır,
uranı 60-90 faizə qədər zənginləşdirməyə imkanlarının olduğunu, hətta bəziləri
artıq bunu etdiklərini bildirirdilər. Ona görə də İsrail-İran arasında müharibənin
baş verməsi deyil, fasilə verilmiş bu müharibənin yenidən bərpa olması
aktualdır. Təbii ki, Azərbaycan İranın qonşusudur, eləcə də İranda 30 milyondan
çox Azərbaycan türkü var. İsrailin atdığı bombalardan və raketlərdən bir neçəsi
Təbriz şəhərinə düşüb. Bəzi informasiyalara görə, raketlər Təbrizdə neft emalı
zavoduna, biri SEPAH-ın qərargahına, digəri isə insanların yaşadıqları əraziyə
düşüb. Yəni bu o deməkdir ki, Təbriz İran hakimiyyətinin ucbatından raket atəşinə
məruz qalıb və Güney Azərbaycan türkü də bu müharibədə ziyan görə bilər. Bu
baxımdan İsrailin İrana hücumu Azərbaycanın ziyanınadır. Azərbaycan ictimaiyyəti
İran hakimiyyətinin yanlış siyasəti ucbatından Güney Azərbaycan türklərinin
qurban getməsini istəmir və arzulamır”.

Politoloq
bildirib ki, digər tərəfdən Azərbaycan Respublikası İranla qonşudur və qonşuda
istənilən gərginlik Azərbaycan üçün də ictimai, mədəni, iqtisadi, hərbi, siyasi
istiqamətlərdə narahatlıq yarada bilər.

“Toqquşmalar
genişmiqyaslı müharibə halını alarsa, yəni yerüstü, quru, hava, su əməliyyatları
İrana qarşı keçirilərsə, bu, problem daha da böyüyə bilər. Bundan Güney Azərbaycan,
Türkiyə, eləcə də Azərbaycan Respublikasına daha ciddi problemlər yarana bilər.
İlk növbədə Güney Azərbaycan türklərini qaçqınlıq və insan itkisi məsələsi
ortaya çıxa bilər. Hesab edirəm ki, Azərbaycan bu məsələdə daha çox tərəfsiz
mövqe tutmaqla həm də İran hakimiyyətinin beynəlxalq ictimaiyyətin tələblərinə
uyması tərəfdarıdır. Beynəlxalq ictimaiyyət İranı nüvə silahı istehsal etməməyə,
terrorla regionu və dünyanı təhdid etməməyə, regionda təhlükəsizliyi təhdid etməməyə,
İslam dünyasında parçalanma yaratmamağa və s. təşəbbüslərə çağırır. Müharibə
baş verərsə, bunun əsasında Tehran hakimiyyətinin iddiaları, hikkəsi dayanır və
bu hikkə hakimiyyətin özünü məhv edə bilər. Sirkə nə qədər tünd olsa, öz qabını
sındırar”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki